Britaniyanın baş naziri Boris Conson İranla yeni nüvə müqaviləsi bağlamağı təklif edib.
FED.az xəbər verir ki, yeni müqavilə hazırda qüvvədə olan amma ABŞ-ın tərk etdiyi 2015-ci ildə bağlanmış nüvə sazişini əvəz etməlidir. BMT-nin toplantısında iştirak etmək üçün Nyu-Yorka gələn Conson deyib ki, irəliyə baxmaq və İranla yeni saziş bağlamaq lazımdır: «London bk məsələni ABŞ və Avropadakı partnyorları ilə müzakirə edəcək».
Eləcə də bax: Tramp: "İranla münasibətlərimizi qaydaya salmaq üçün vasitəçilər - LAZIM DEYİL"
Bununla yanaşı, baş nazirin dəftərxanası bildirib ki, hazırda Britaniya İranla bağlanmış əvvəlki müqaviləni dəstəkləyir.
İranla yeni müqavilə təklifini ABŞ prezidenti Tramp da müsbət qarşılayıb: «Boris mənim dostumdur, o çox ağıllıdır. O yenidən İranın nüvə proqramı məsələsi ilə bağlı müqavilə imzalamaq istəyir. Çünki əvvəlki müqavilə tez bir zamanda bitdi və çoxlu pullar itirildi»-deyə Tramp bildirib.
ABŞ prezidentinin fikrincə indiki müqavilə İranı yoxlamaq üçün lazımi imkanları vermir: «İran tərəfi atom bombası hazırlayır, ballastik raketlərin sınaqlarını keçirir».
Buna baxmayaraq Conson həmçinin onu da əlavə edib ki, İran Səəüdiyyə Ərəbistanında neft obyektlərinə zərbələrin endirilməsində məsuliyyət daşıyır və əgər İrana qarşı hərbi əməliyyat olarsa Britaniyanın da bu koalisiyada iştirak etməsi istisna edilmir.
Yeri gəlmişkən, Boris Conson BMT-nin tədbirləri çərçivəsində İran prezidenti Hasan Ruhani ilə görüşəcək.