İran Prezidenti Məsud Pezeşkian müsəlman dövlətləri arasında Şengen zonasının analogiyası kimi sərhədə nəzarətin ləğv edilməsini təklif edib.
İran XİN: "Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk"
FED.az xəbər verir ki, bunu Məsud Pezeşkian İraqa səfəri zamanı bildirib.
Onun sözlərinə görə, bu xarici sanksiyaların neytrallaşdırılmasına imkan verər.
İranla İraq arasında əməkdaşlıqdan danışan Məsud Pezeşkian siyasi, iqtisadi, mədəni və sosial sahədə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırmaq məqsədi ilə xüsusi komissiya yaratmağa çağırıb.
İraq Prezidenti ƏbdülLətif Rəşid iki ölkə arasında tərəfdaşlığın inkişaf etdirilməsinin vacib olması ilə razılaşdığını bildirib. O, iki ölkə arasında ticarət əməliyyatında hesablaşmada ABŞ dollarından imtina etməyə çağırıb. (Report)