ABŞ hökuməti koronavirusun iqtisadiyyata mənfi təsirləri səbəbiylə hazırladığı 1,2 trilyon dollarlıq təcili tədbirlər çərçivəsində vətəndaşlara 1000 dollar verməyi planlaşdırır.
Eləcə də bax: Tramp ABŞ-da koronavirus pandemiyasının bitəcəyi tarixi - AÇIQLADI
FED,az xəbər verir ki, bəzi iqtisadçılar və analitiklər ABŞ prezidenti Donald Trampın vətəndaşlara qarşılıqsız 1000 dollar yardım etmək planının ölkə iqtisadiyyatını tənəzzüldən xilas etməyəcəyini düşünürlər.
“Deutsche” Bankın baş iqtisadçısı Metyu Luzzetti vəziyyəti dəyərləndirərkən deyib ki, ABŞ iqtisadiyyatının üzləşdiyi şokun ölçüsü bu paketlə tənəzzüldən qaçınmaq asan olmayacaq.
Yarıdan çox qurum ölkədə tənəzzül gözləyir. Oksfordun analitikləri, ilin ikinci rübündə 10%-lik daralma gözləyirlər, bu, tarixin ən böyük daralması ola bilər. Bəzi iqtisadçılar isə fevral ayında pərakəndə satışların düşməsi və şirkətlərin işçilərini ixtisar edilməsi ilə tənəzzülün başladığını bildirirlər.
ABŞ Maliyyə Naziri Steven Mnuchin, koronavirusun təsirindən ölkədə işsizlik nisbətinin 20 faizə qədər yüksələ biləcəyini deyib.
İqtisadi Siyasət İnstitutunun tədqiqat direktoru Josh Bivens bildirib ki, maliyyə təşviqləri yaxşı bir başlanğıcdır, amma daha çox olmalıdır:
“1000 dollarlıq yardım planı yetərli deyil. Virusun qarşısını almaq üçün sosial məsafə və bir çox pərakəndə sektor ilə restoranların bağlanması qaçılmazdır. Xalqın bu pul yardımını alması, dərhal xərcləyəcəkləri demək deyil".