Amerikada pandemiya dövründə restoranlarda qoruyucu maskadan istifadə ciddi problemə səbəb olub.
FED.az xəbər verir ki, Kaliforniyada qubernatorun ofisi restorana gələn qonaqları qəribə tələblə üz-üzə qoyub. Ofis elan edib ki, restorana gələnlər «ağızlarına hər tikə qoyandan sonra» maskanı geyinməlidirlər. «Restorana gedirsinizsə, ətrafdakıların sağlamlığıı qorumaq üçün hər tikədən sonra maskanı geyinməyi unutmayın»-deyə açıqlamada bildirilir.
Bu o deməkdir ki, müştərilər ağıza hər tikə qoyandan sonra və ya qidanı dişləyəndən sonra maskanı geyinməli olacaqlar. Sakinlər bu qaydanı etirazla qarşılayıblar. Onların fikrincə, əksinə, Dünya Səhiyyə Təşkilatının qaydalarına görə, maskaya tez-tez əl vurmaq olmaz. Nyu-Yorkda isə qaydalara əsasən, restoran qonaqlarına tövsiyə edilir ki, yeyib-içməyəndə maska geyinsinlər.