FED.az-ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Məlumatda deyilir ki, bu ilin yanvar-may aylarında ölkənin dövlət qurumlarında məmurlar tərəfindən 36 rüşvətalma faktı qeydə alınıb. Ötən ilin yanvar-may aylarında dövlət qurumlarında 23 rüşvətalma halı baş verib. İllik müqayisədə rüşvət hallarında 56,52 faiz artım qeydə alınıb.
Hesabat dövründə 127 məmur vəzifə səlahiyyətlərini aşıb, 38-i xidməti vəzifəsindən sui-istifadə edib. Vəzifə səhlənkarlığı ilə bağlı 28, xidməti saxtakarlıqla bağlı isə 14 fakt qeydə alınıb.
Gürcüstanda rüşvətxorluq halları artıb - 36 FAKT QEYDƏ ALINIB

20:29
4 İyul 2019