Gürcüstan hakimiyyəti keçmiş prezident Mixail Saakaşvilini 2008-ci ildə Rusiya ilə beş günlük müharibəyə başlamaqda ittiham edir, keçmiş prezident buna görə ömürlük həbs cəzası ala bilər.
Saakaşviliyə həbsdə xərclənən məbləğ - AÇIQLANDI
FED.az xəbər verir ki, «Saakaşvili rejiminin cinayətləri»ni Gürcüstan parlamentinin xüsusi istintaq komissiyası altı ay ərzində araşdırıb və bu barədə rəy hazırlayaraq keçmiş prezidenti ittiham edib.
Artıq istintaq qrupunun araşhdırmasının nəticələri gürcü deputatlara paylanılıb. Hesabatda Mixail Saakaşvili 2004-cü ilin yazında, Tsxinvali ətrafında gürcü və Cənubi Osetiya birləşmələri arasında ilk toqquşmaların baş verdiyi vaxtdan başlayaraq Cənubi Osetiya və Abxaziyada vəziyyəti gərginləşdirməkdə ittiham olunur.
“Gürcü arzusu” iddia edir ki, məhz Gürcüstan rəhbərliyinin o zamankı hərəkətləri Rusiya Federasiyası tərəfindən ölkənin bir hissəsinin işğalına səbəb olub.
Parlamentin sədri Şalva Papuaşvili buna sübut kimi gürcü generallarının “Cənubi Osetiyada konstitusiya quruluşunun bərpası” ilə bağlı bəyanatlarını, Saakaşvilinin ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanını, eləcə də AŞPA-nın 2008-ci ildə qəbul etdiyi qətnaməni qeyd edib.
Həmin bəyanatda deyilir ki, münaqişənin kulminasiya nöqtəsi 2008-ci il avqustun 8-nə keçən gecə Tsxinvalinin gürcü artilleriyası tərəfindən atəşə tutulması olub.
Saakaşvilinin “Vahid Milli Hərəkatı” da 2008-ci ildə bu sənədə səs verib, ilk növbədə, sənəddə “Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğal etməsi” qeyd olunur.
Bundan başqa, Gürcüstan hökuməti Saakaşvilini 2004-2012-ci illərdə hakimiyyətdə olanda insan haqlarının pozulmasında ittiham edib. Bura həbsxanalardakısistemli zorakılıqlar, biznesmenlərin əmlakının əllərindən alınması, dövlət əmlakının mənimsənilməsi, müstəqil KİV-lərə qarşı mübarizə vəsair aiddir.
Maraqlı ittihamlardan biri də keçmiş prezidentin anasının Tbilisi Texnoloji ÜUnivesitetinin bir neçə korpusunu ələ keçirməsi barədədir.
Gürcüstan parlamentinin sədri Papuaşvili bəyan edib ki, indi Saakaşviliyə qarşı “Dövlətə xəyanət” maddəsi ilə yeni, altıncı cinayət işi açıla bilər ki, bu da onu ömürlük həbslə hədələyə bilər. Eyni zamanda bu ittihamlar rəsmiləşsə, Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası da qadağan oluna bilər.
Xatırladaq ki, Saakaşviliyə indiyədək 1,5 il həbs cəzası verilib, yeni cinayət işi açmasalar o bir də 2034-cü ildə həbsxanadan çıxa biləcək.