Qarabağ münaqişəsinin ilk illərindən indiyədək beynəlcalq hüququ deyil, birmənalı olaraq Ermənistanı dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən, ermənilərə status tələb edən və siyasətçiləri Qarabağa özbaşına səfərlər edən Fransa özü oxşar problemlə üzləşib.
Eləcə də bax: "Fransanın ermənilərdən xoşu gəlirsə, Marsel şəhərini onlara versin"
Son günlər Fransanın Korsika vilayətinin əhalisi buradakı idarəetmədən narazılıq edərək vilayət üçün muxtəriyyət ləb etməyə başlayıblar.
1998-ci ilin fevral ayında Korsika xalqının hüquqları uğrunda mübarizə aparan İvan Kolonna ad-soyadlı bir korsikalı adanın prefekti Klod Erinyekə hücum etdiyinə görə uzun müddətə həbs cəzasına məhkum edildi və “terrorçu” elan edildi.
Təqribən iki həftə bundan əvvəl Fransanın materik hissəsində cəza çəkən İvan Kolonnaya hücum edilib, nəticədə o komaya düşüb. Korsika adasında qəhrəman kmi tanınan şəxsə hücum vilayətdə iki həftəlik kütləvi iğtişaşlara səbəb olub. Etiraz edən ada sakinlərinin fikrincə, onların liderinə hücumun arxasında hakimiyyət orqanları dayanıb və məhz Kolonnanın təhlükəsizliyinə görə cavabdeh olan dövlət onun təhlükəsizliyini təmin etməyib. Onlar tələb ediblər ki, korsikalı digər siyasi məhbuslar kimi Kolonna da Fransanın kontinental hissəsindən doğma adaya köçürülsün.
Fransa polisi, adəti üzrə, etirazçıları qəddar şəkildə dağıdıb, təqribən 70 nəfər zərər çəkib.
Etirazlar o qədər geniş miqyas alıb ki, Fransanın hakimiyyət orqanları dünən ilk dəfə olaraq ada sakinlərinin tələblərini müzakirə etməyə başlayıblar. Bu tələblərdən biri də onlara müəyyən dərəcədə muxtariyyət verilməsidir.
Amma Azərbayandakı erməni separatizmini və onların Azərbaycaqn xalqına qarşı terrorunu «azadlıq mübarizəsi» adlandıran fransız siyasətçilər Korsika sakinlərinin tələblərini qanunsuz adlandırırlar.