Banner

Digər

FHN Yeni İl bayramı ilə əlaqədar əhaliyə - MÜRACİƏT EDİB - VİDEO

FHN Yeni İl bayramı ilə əlaqədar əhaliyə - MÜRACİƏT EDİB - VİDEO | FED.az
12:46 25 Dek 2019

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

FED.az xəbər verir ki, FHN-dən  bildirilib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

Eləcə də bax: FHN-də “EuroHome”la bağlı - TƏCİLİ TOPLANTI

- Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- Ağac tezalışan oyuncaqla bəzədilməməli;

- Qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

- Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

- Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- Pəncərədə dəmir barmaqlıq olmamalı;

- Məkanın iki çıxışı olmalı;

- Ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

- Otağın qapıları mütləq bayıra açılmalı;

- Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- Şənlikdə işıq tam söndürülməməli;

- Şənliyə tezalışan materialdan paltar geyinilməməli;

- Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi xahiş edib.

 

 

Digər xəbərlər

Banner