Ermənistan Milli Məclisi oktyabrın 28-də Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Səsvermə zamanı 69 millət vəkili bu qanunvericilik təşəbbüsünü yekdilliklə dəstəkləyib.
Eləcə də bax: Ermənilər kütləvi şəkildə fərarilik edir, postlar quruldu
FED.az Banker.az-a istinadən xəbər verir ki, Ermənistanda müharibə dövründə müəyyən hərəkətlərə görə cəzalar daha da sərtləşdirilib.
Yeni qanun hərbi xidmətdən, təlim düşərgələrindən və ya müharibə vaxtı səfərbərlikdən yayınanlar üçün 6 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur. Xatırladaq ki, daha əvvəl bu, 4 və 8 il olub.
Hərbi xidmətin icrasından və ya müharibə zamanı vergi ödəməkdən yayınanlar üçün 1 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulub.
Müharibə dövründə bu əmrə əməl etməyənlərə qarşı 5 ildən 15 ilə qədər həbs cəzası tətbiq ediləcək. Eyni zamanda həbi vəziyyət, müharibə və ya döyüş vaxtı fərarilik üçün 8 ildən 15 ilə qədər həbs nəzərdə tutulub. Qeyd edək ki, daha əvvəl bu, 6 və 12 il olub.