Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı “İzvestiya” qəzeti teleqram kanalında məlumat yayıb.
Ermənistan səfirinin Rusiya XİN-in binasına gəlməsinin görüntüləri yayılıb.
Bildirilib ki, bunun nə ilə bağlı olduğu rəsmi şəkildə açıqlanmayıb.
Qeyd edək ki, iyulun 4-də Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Rusiya rəsmilərinin və ekspertlərinin respublikadakı daxili siyasi vəziyyətlə bağlı bəyanatlarına etiraz notası təqdim edilib. Buna səbəb Ermənistanda baş verən son siyasi proseslərə Rusiya mediasında və ekspert birliyində səslənən tənqidi qiymətlər olub.