Ermənistan hökuməti Arazdəyəndəki metallurgiya zavodunu Ararat vilayətinin Ararat kəndinə köçürmək barədə qərar qəbul edib.
Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir - VİDEO
FED.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti bu gün məlumat yayıb.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Arazdəyəndəki metallurgiya zavodunun başqa yerə köçürüləcəyini bildirib.
Zavodun yaxın əraziyə köçürüləcəyini deyən nazir köçürmə və tikinti prosesinin davam etdiyini qeyd edib.
Tikintinin özəl vəsaitlər hesabına aparıldığını deyən Kerobyan sonrakı addımları investorların müəyyənləşdirdiyini bildirib. (Trend)