“Trampın nəzakət qaydalarına uyğun olmayan məktubunu unutmamışıq”.
FED.az "APA"-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın ona ünvanladığı qalmaqallı məktuba münasibət bildirərkən deyib: "Qarşılıqlı sevgi və sayğımız səbəbindən bunu gündəmdə saxlamarıq. Ancaq vaxtı gələndə bu məsələ ilə bağlı lazım olan addım atılacaq. ABŞ çərşənbə axşamınadək vədini yerinə yetirsə, təhlükəsiz bölgə məsələsi həllini tapacaq. Əks halda, hərbi əməliyyat davam etdiriləcək”.
Ərdoğan əlavə edib ki, əsas hədəf Rusiya ilə məntiqli razılaşma əldə etməkdir: “Şərtimiz rejimin olduğu yerlərdən PKK/YPG-nin çəkilməsidir. Menbiçin rejim tərəfindən nəzarətdə saxlanması problem deyil. Suriyanın ərazi bütövlüyü təmin olunduqda hər yer bu ölkənin qanuni hökumətinin nəzarətinə keçəcək”.
Qeyd edək ki, oktyabrın 17-də Trampın Ərdoğana oktyabrın 9-da yazmış olduğu məktubun mətni açıqlanıb. Tramp məktubunda Ərdoğan haqqında nəzakətsiz ifadələr işlədib.