Digər

Düyməli iPhone-lar daha yaxşı idi – TRAMPIN TVİTİ İRONİYA İLƏ QARŞILANDI

Düyməli iPhone-lar daha yaxşı idi – TRAMPIN TVİTİ İRONİYA İLƏ QARŞILANDI | FED.az
12:39 26 Okt 2019

ABŞ prezidenti Donald Trump Apple şirkətinin direktoru Tim Kuka düyməli iPhone-ların yeni vesiyalardan daha yaxşı olduğu barədə yazıb.

FED.az xəbər verir ki, bu barədə D.Tramp Tvitterdəki mikrobloqunda məlumat verib.

Eləcə də bax: Tramp bəzi şirkətlərin Huawei-yə mal satmalarına - YAŞIL İŞIQ YANDIRDI

“iPhone-lardakı düymə svaypdan daha yaxşı idi", – deyə Tramp yazıb.

 

Bu tvit bir çox sosial şəbəkə istifadəçisindən ironiya xarakterli rəy alıb. Məsələn, istifadəçilərdən biri qeyd edib: "Obama daha yaxşı idi".

 

Digər istifadəçilər Amerika prezidentinin açıq çətirlə təyyarəyə minmə cəhdini xatırladaraq, Kuku Tramp-ın texnologiyaya dair məsləhətlərinə qulaq asmamağa çağırıblar.

 

 

 

 

Xatırladaq ki, sentyabrın 10-da Apple ənənəvi illik tədbirində 3 yeni cihazı ictimaiyyətə təqdim edib.

TED

 

Digər xəbərlər