Bakı şəhəri üzrə su itkiləri nəhəng fiziki itkilərlə müşayiət olunmaqla 52% civarındadır.
Deputat: "Azərbaycanda su itkisi yüksək olaraq qalır"
FED.az xəbər verir ki, bunu Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra deyib.
O bildirib ki, bunun 82%-i texniki itkilərdir.
“Su itkilərində kommersiya itkilərinin həcmi 15-20% təşkil edir. Kommersiya itkiləri əsasən sayğacların qeydə alınmaması, qoşulmalar, məlumatların emalında sistematik xətalar və sayğaclara qanunsuz müdaxilələrlə bağlıdır”- Smita Misra əlavə edib. (Apa)