Çinin rəsmi xəbər agentliyi Xinhua-nın yaydığı xəbərdə bildirilir ki, ABŞ-ın iqtisadi tələbləri Çinin "təməl prinsiplərinə" ziddir.
FED.az xəbər verir ki, ABŞ və Çin arasında ticarət anlaşmasızlığı dərinləşir. Vaşinqton, ABŞ-ın sahib olduğu texnologiyanın mənimsənildiyini, əqli və sənaye mülkiyyət hüquqlarının pozulduğunu bildirir.
Hazırda ABŞ və Çin arasında ticarət danışıqları Çinin xarici şirkətlərə dair tələblərinə fokuslanıb. Rəsmi Pekin, ABŞ-ın Çinin iqtisadi quruluşuna dair ana şikayətinin "təməl prinsiplərə" zidd olduğunu bildirib.
Çin rəsmiləri bildiriblər ki, iqtisadi quruluşa dair mövzular müzakirəyə açıq deyil. Çin ABŞ-ın iqtisadi tələblərinə boyun əyməyəcək.
Çinin rəsmi xəbər agentliyi Xinhua-da verilən bir şərhdə, Çinin iqtisadiyyatını necə istiqamətləndirəcəyinə dair bürün qərarları özünün verəcəyi vurğulanıb.
"Çin ABŞ-ın iqtisadi tələblərinə boyun əyməyəcək"

11:08
28 May 2019