ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FES) rəhbərliyindən faizləri sıfıra endirməyi tələb edib.
FED.az xəbər verir ki, ənənəvi olaraq Tvitter açıqlamasında prezident indiyədək bun etmədiyinə görə, FES rəhbərliyini «axmaq» adlandırıb: «Federal Ehtiyat sistemi faiz dərəcəsini sıfıra və ya daha aşağı endirməlidir ki, biz borcumuzu yenidən maliyyələşdirək, belə «axmaqlara» görə imkanı əldən qaçırırıq».
Eləcə də bax: "Fed Trampı ticarət müharibəsində ruhlandırmamalıdır"
Xatırladaq ki, bir qədər əvvəl də Tramp FES rəhbərliyinin əqli qabiliyyətini şübhə altına almışdı.