ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun istefasının səbəblərini açıqlayıb.
FED.az xəbər verir ki, Bolton öz fəaliyyəti dövründə böyük səhvlər buraxıb.
«O administrasiyada mənim vacib saydığım adamlarla ümumi dil tapa bilmirdi», - deyə Tramp aydınlaşdırıb.
Bundan başqa. dövlət başçısının sözlərinə görə, Bolton Venesuela ilə bağlı qəbuledilməz mövqe tuturmuş.
Digər tərəfdən Tramp etirafı edib ki, Boltonun Şimali Koreya problemini «Liviya modeli» ilə həlli barədə təklifi də bu problemin həllini uzadıb.