Nyu-Yorkun keçmiş meri və sahibkar Maykl Blumberq 2020-ci ildə prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.
FED.az xəbər verir ki, biznesmen Demokratlar partiyasından namizədliyini irəli sürüb.
Eləcə də bax: 77 yaşlı milyarder - PREZİDENT OLMAQ İSTƏYİR
Blumberqin komandası televiziyada reklam kampaniyası üçün artıq 23 milyon dollar da ayırıb. Bu, keçmiş prezident Barak Obamanın yayım xərclərindən 1 milyon dollar azdır.
Ayrılmış 23 milyon Florida, Texas, Massaçusets, Kaliforniya, Pensilvaniya, Missisipi, Miçiqan ştatlarının televiziyalarındakı təbliğata xərclənəcək.
“Qafqazinfo”