ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd, Nyu-Yorkun keçmiş meri, “Bloomberg” agentliyinin sahibi, 77 yaşlı milyarder Maykl Blumberq “Instagram”da seçki ilə bağlı təbliğat materiallarını yaymaq üçün 1 milyondan 1,5 milyon ABŞ dollarına qədər pul xərcləyib.
Eləcə də bax: Trampa rəqib gəlir - REKLAMA 23 MİLYON AYIRDI
FED.az xəbər verir ki, bu barədə məlumat “Forbes” jurnalında dərc olunan məqalədə yer alıb.
Nəşrin məlumatına görə, 30-a yaxın şəxs Blumberqin “Instagram”da materiallarını parlaq, yaddaqalan formada və aktiv şəkildə yayımlayır. Həmin şəxslər də milyarder tərəfindən yaxşı məvacib alırlar.
"Forbes" müxbirlərinin görüşdüyü ekspertlərin fikrincə, “Instagram”da 1 milyondan çox izləyicisi olan tanınmış insanlar sosial şəbəkələrdə bir məlumatı paylaşmaq üçün azı 10 min ABŞ dolları tələb edirlər.
Siyasi xarakterli materiallara gəldikdə, materiala görə qiymət 50 min ABŞ dollarına qədər arta bilər.
Namizədin təşviqat qərargahının rəsmiləri isə iddialara münasibət bildirməkdən imtina ediblər.
Report