ABŞ Prezidenti Donald Tramp, ölkədə 3 Noyabrda keçiriləcək seçkiləri Demokrat rəqibi Joe Bidenin qazanması vəziyyətində ABŞ xalqının Çincə öyrənmək məcburiyyətində qala biləcəyini söyləyib.
Eləcə də bax: Trampın öz obyektlərindən nə qədər - Qazandığı Məlum Oldu
FED.az xəbər verir ki, Tramp, qatıldığı bir radio proqramında, Demokrat rəqibi Bidenin Çin mövzusundakı mövqeyini tənqid edərək, "Seçkiləri mən qazana bilməzsəm, Çin ABŞ-ın sahibi olacaq. Sonra da ABŞ-lılar Çincə danışmağı öyrənmək məcburiyyətində qalacaq" ifadəsini istifadə edib.
Yeni növ koronavirus (Kovid-19) epidemiyası ortaya çıxmadan əvvəl özünün Çin Dövlət Başçısı Şi Cinping ilə yaxın əlaqəsi olduğunu qeyd edən Donald Tramp, "Bizim əlaqəmiz artıq çox yaxşı deyil, çünki Kovid-19 mövzusunda lazım olanı etmədilər" deyib.
Şi Cinping ilə uzun müddətdir görüşmədiyini vurğulayan Tramp, Çində ortaya çıxan virusun özünün siyasi duruşuna da təsir etdiyini vurğulayıb. (Marja)