“Bakı Teleqrafı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, səhmdarlarının növbəti ümumi yığıncağı 23 aprel 2021-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 36 ünvanında keçiriləcəkdir.
Gündəlikəki məsələlər aşağıdakılardır:
1. 2020-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı.
2. Müşahidə şurası üzvlərinin və sədrinin seçilməsi.
3. İdarə heyəti üzvlərinin və sədrinin seçilməsi.
Ümumi yığıncaq online video formatda keçiriləcəkdir.
Bütün səhmdarların iştirakı vacibdir. Əlaqə telefonu- (012) 493 55 47. Ünvan- Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 36 (“Azərpoçt” MMC-nin inzibati binasının 6-cı mərtəbəsi)
Bakı Teleqrafı 1932 -ci ildə yaradılmışdır. Bakı Teleqrafı sənədli elektrik rabitəsinin beynəlxalq operatorudur və dünyanın qabaqcıl telekommunikasiya kompaniyaları ilə əməkdaşlıq edir. Bakı Teleqafı respublikada teleks və teleqraf rabitələri üzrə əsas aparıcı rabitə təşkilatlarından biridir. Beynəlxalq və respublika daxili teleqraf və teleks rabitələri xidmətlərini göstərir. Bakı Teleqrafı Morze aparatından başlayaraq, yeni nəsil kompüter və İnternet texnologiyasına qədər uzun müddətli şanlı tarixi yol keçməkdə davam edir.
25.12.2001-ci il tarixdən Bakı Teleqrafının bazasında Bakı Teleqrafı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır