2022-ci ildə saatlıq əmək haqqı ən çox Litva, Estoniya və Xorvatiyada artıb.
FED.az xəbər verir ki, Eurostatın məlumatına görə, 2022-ci ildə Avropa Birliyi ölkələri üzrə orta saatlıq əmək haqqı 22,9 avro təşkil edib. Bu 2021-ci illə müqayisədə 4,4% artıqdır.
Avro zonasında ittifaqın bütün ölkələri arasında saatlıq əmək haqqı artıb. Ən az artım İtaliya, Malta və Finlandiyada (hər biri +2,3%) baş verib.
Ən çox artım isə Litvada (+13,4%), Estoniyada (+8,8%) və Xorvatiyada (+8,7%) baş verib.
Avro zonasından kənarda olan Avropa Birliyi ölkələrində də saatlıq əmək haqqı bütün ölkələrdə artıb.
Ən az artım Danimarkada (+2,2%) və İsveçdə (+3,0%), ən çox isə Macarıstanda (+16,4%), Bolqarıstanda (+15,5%), Rumıniyada (+12,3%) və Polşada (+11,7% artıb.