ABŞ-ın İrana qarşı hərbi əməliyyatı ilk altı gündə ən azı 11,3 milyard dollara başa gəlib.
ABŞ İrana hücumun ilk günündə bu qədər pul xərcləyib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Pentaqon nümayəndələri müdafiə təxsisatları alt komitəsindən olan senatorlar üçün qapalı brifinqdə bəyan ediblər.
Senator Kris Kuns bu qiymətləndirməni "təxminən dəqiq" kimi xarakterizə edib. Onun sözlərinə görə, hərbi əməliyyata çəkilən ümumi xərclər hazırda açıqlanan məbləği xeyli üstələyir.
O, həmçinin İranda döyüş əməliyyatlarının aparılmasının ABŞ-yə gündəlik 1,5 milyard dollardan çox başa gəldiyini ehtimal edib.
Qeyd olunur ki, əməliyyat Konqresin əvvəllər artıq Pentaqona ayırdığı vəsait hesabına maliyyələşdirilir. Ağ Ev hələlik əlavə maliyyələşdirmə üçün sorğu ilə müraciət etməyib. (Report)











