ABŞ iqtisadiyyatı ikinci rübdə illik 31,4% kiçilib.
Eləcə də bax: Məhkəmə Trampın “TikTok” qadağasını – TƏXİRƏ SALDI
FED.az xəbər verir ki, II rübdə ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) 31,7% kiçilmədən 31,4% kiçilməyə qədər dəyişdirilib.
Bloomberg-in sorğu keçirdiyi iqtisadçıların orta hesablamalarına görə ABŞ iqtisadiyyatı 31,7% kiçiləcəyi gözlənilirdi.
Sorğuda iştirak edən 66 iqtisadçının təxminləri 30-32,1% arasında azalma olacağını bildirib.
Xatırladaq ki, ÜDM əvvəlki rübdə 5% azalmışdı.
Fərdi gəlirlər ikinci rübdə 33,2% azalıb. Bu göstərici əvvəlki rübə görə 6,9% düşüb.
ÜDM qiymət indeksi birinci rübdə 1,4% artmışdı, ikinci rübdə isə 1,8 düşüb.
Əsas ÜDM qiymət indeksi birinci rübdə 1,6% artdıqdan sonra ikinci rübdə 0,8% azalıb.