Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb.
Eləcə də bax: Kiyevə atılan raketlərdən biri Zelenskinin ofisinin yaxınlığında - PARTLAYIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zelenski bu barədə məlumatı öz teleqram kanalında paylaşıb.
“Genişmiqyaslı müharibənin 229-cu günü. 229-cu gündə bizi məhv etməyə və Yer üzündən tamamilə silməyə çalışırlar. Təəssüflər olsun ki, ölən və yaralananlar var. Xahiş edirəm, sığınacaqları tərk etməyin. Özünüzü və sevdiklərinizi qoruyun”, - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini raket atəşinə tutub.