21 aprel 2026-cı il tarixdə saat 15:00-da “Zabrat İstixana” ASC-nin (VÖEN: 1800006521) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Zabrat İstixana” ASC-nin inzibati binasında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
-
Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
-
Cəmiyyətin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;
-
İcra orqanının formalaşdırılması;
-
Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;
-
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.
Qeyd olunub ki, ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlavə məlumat üçün əlaqə telefonu: (050) 512-13-13.












