25 iyun 2025-ci il, saat 9.00-da “Yevlax Tikinti – 7” ASC səhmdarlarının cəmiyyətin illik yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki. yığıncaq Yevlax şəhəri, İnşaatçılar küçəsi 43 nömrəli ünvanda baş tutacaq.
Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin illik hesabatlarının təsdiqi.
2. Cəmiyyətə qarşı pul tələbinin əlavə səhm buraxmaqla əvəzləşdirilməsi məsələsi.
3. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyinin materialları ilə (50) 255-66-62 “WhatsApp” nömrəsinə sorğu ünvanlamaqla tanış olmaq mümkündür.
2024-cü ilin yekunlarına görə səhmdarlara veriləsi dividendlərin alınması üçün səhmdarlardan öz hesablarını təqdim etmələri xahiş olunur.