27 iyun 2025-ci il saat 11.00-da cəmiyyətin yerləşdiyi ünvanda “Xəzər Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2024-cü ilin illik hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələ ilə bağlı sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər.
Telefon – 050 -268 -05-29.
Ünvan – Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi 44.