2024-cü il mayın 23-də saat 10:00-da “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Növbəti Ümumi Yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, bina 22 (yeni ünvan qaydalarına əsasən: Bakı şəhəri, Xətai rayonu, Əkbər Pənahov küçəsi, bina 22 ) ünvanda yerləşən Cəmiyyətin inzibati binasında baş tutacaq.
Səhmdarların növbəti Ümumi Yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü il üçün illik (emitentin idarəetmə hesabatı) və maliyyə hesabatları barədə;
2. Cəmiyyətin 2024-2025-ci illər üçün inkişaf perspektivləri və planları barədə.
İzah olunur ki, bütün səhmdarlar Cəmiyyətin icra orqanı vasitəsi ilə qanunla müəyyən olunmuş qaydada və müddətlərdə Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək, gündəliyə daxil edilmiş bütün məsələlər barədə müvafiq sənədlərlə tanış olmaq hüququna malikdirlər.
Mövcud olduğu təqdirdə səhmdarlar Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təkliflərini və istənilən digər müraciətlərini yazılı təqdim edilməlidir. Hazırlıq hərəkətləri qaydasında növbəti Ümumi Yığıncağın çağırılması ilə əlaqədar səhmdarların qəbulu Cəmiyyətin İdarə Heyətinin Sədri tərəfindən hər gün saat 11:00-dan 13:00-dək həyata keçirilir.
Ümumi Yığıncaqda iştirak edən bütün səhmdarlar bir qayda olaraq şəxsiyyət vəsiqəsini, səhmdarların nümayəndələri isə bir qayda olaraq şəxsiyyət vəsiqəsi və etibarnamə (etibarnamədə müvafiq səlahiyyətlər göstərilməklə) təqdim etməlidir.
Əlaqə telefonları: (012) 491-55-01/02 (daxili: 43 );
Mobil telefon vasitəsi ilə əlaqə və İKT olan "watsap" proqramı vasitəsilə əlaqə üçün (+99450) 365-66-76.
Elektron poçt ünvanı: [email protected]
Poçt yazışmaları üçün ünvan: AZ 1003, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, 2A, ofis binası, birinci mərtəbə