Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə Azərbaycanın Ukrayna ilə biznes əlaqələri də gündəmdədir.
Bu mövzu ilə bağlı maraqlı faktların biri Azərbaycandan olan iş adamının Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ilə biznes əməkdaşlığıdır.
“Roshen”in sahibi - MİLYARDER STATUSUNU İTİRİB
Hazırda Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri olan İlqar Hüseynli müstəqilliyin ilk illərində biznes fəaliyyəti, o cümlədən Ukraynanın keçmiş (o zaman isə gələcək) dövlət başçısı ilə biznes əlaqələri ilə bağlı FED.az-a məlumat verib.
«1991-ci ildə mən Tibb Universitetinin əczaçılıq fakültəsini bitdim və təyinatla Biləsuvarda əczaçı-həkim kimi işləməyə başladım. O vaxt hələ SSRİ ənənələri yaşayırdı, o stuktur qalırdı, o cümlədən təyinat yerində idi, amma ölkənin vəziyyəti ağır idi. Bilirsiniz ki, o vaxt Azərbaycanda yüngül sənaye çox da inkişaf etməmişdi, xüsusilə əczaçılıq sənayesi bərbad vəziyyətdə idi. Biz o zaman demək olar ki postsovet ölkələrindən tam olaraq asılı vəziyyətdə idik».
1992-ci ildə baş verən hadisələr və real müstəqillik əldə ediləndən sonra i.Hüseynli biznes etmək barədə düşünür: «1992-ci ildə yenə hakimiyyət dəyişikliyi baş verdi, mən dərhal fikirləşdim ki nə etmək olar? Bir kiçik müəssisə yaratdım, adı da “Türkeş” kiçik müəssisəsi. O zaman özəl sektor demək olar ki yox idi, inkişaf etməmişdi. Bank sistemləri hələ oturuşmamışdı. Mənim əlimdə 15 min alman markası qədər pul var idi. Fikirləşdim ki bu pulu neyləmək olar? O pul beşminlik markalar idi, Almaniyada tadavüldən çıxmasına isə çox az bir müddət qalmışdı.
15 min alman markı ilə nə edə biləcəyimi düşünərkən «ölkədə nəyə ehtiyac var» yönündə bir axtarış etdim. 1993-cü ilin noyabr-dekabr ayları idi. Fikirləşdim ki Azərbaycanda konfet və şokoladlara çox ciddi ehtiyac var, istehsal yoxdur, yeni il qabağıdır, təlabat olacaq. Fikirləşdim ki gedim Ukraynada müqavilə bağlayım və Azəbaycana konfet idxal edim. Beləliklə Kiyevdə yaşayan bir dostumla əlaqə saxladım, ora səfərə getdim. Hələ heç kimi tanımırdım və heç kimlə əlaqəm yox idi».
Biznes axtarışları İ.Hüseynlini Ukraynanın Yüngül Sənaye Nazirliyinə gətirib çıxarır:
«O zaman Ukraynada Yüngül Sənaye Nazirliyi hələ qalırdı və bu nazirliyin tərkibində konditer (şirniyyat) məhsulları istehsalı sahəsi vardı. O dövrdə Pyotr Poroşenko (Ukraynanın gələcək prezidenti) həmin o şöbədə çalışan bir əməkdaş kimi çalışırdı. Onunla görüşümüz oldu və ümumi razılaşdıq. Yüngül Sənaye Nazirliyi səviyyəsində 200 ton qarışıq şokolad və karamel ilə bağlı müqavilə sənədi imzaladıq».
Azərbaycana ixrac ediləcək şirniyyat malları Xarkovda istehsal olunurdu: «Məni Xarkov Konditer Məhsulları Fabrikinə göndərdilər. İlk dəfə 1993-cü ilin sonlarında “Türkeş” kiçik müəssisəsinin bağladığ bu müqavilə ilə Azərbaycana Ukraynadan 2 vaqon 18 ayda konditer məhsulu idxal edə bildim».
Amma bu əməliyyatdan böyük gəlir götürmək mümün olmayıb: «Təəssüf ki, bu elə bir dönəmə düşdü ki çox dəhşətli inflyasiya baş verdi, bizim yeni manatımız dollarla müqayisədə hər gün 500 manat ucuzlaşırdı. Nəticə etibarı ilə mən qoyduğum o sərmayənin az qismini ziyan etməklə o biznesi yekunlaşdıra bildim».
İ.Hüseynli bir müddət başqa məhsulların biznesi ilə də məşğul olub: «Paralel olaraq həm də Azərbaycana dərman preparatlarını, xüsusilə infuziya mallarını idxal edirdim. O dövrdə əczaçılıq fəaliyyəti demək olar ki böhran vəziyyətində idi. Həmin dövrdə mən yenə “Türkeş” şirkəti ilə Rusiyanın Penza vilayətində “Biosintez” dərman zavodu ilə müqavilə bağlayıb Azərbaycana dərman idxalı ilə məşğul oldum. Daha sonra bu baş verən dəhşətli inflyasiya bizim maliyyə imkanlarımıza çox ciddi zərbələr vurdu və biznes fəaliyyətimizdə ciddi problemlər yaşandı».
2000-ci ildən sonra isə İ.Hüseynli biznesdən uzaqlaşıb: 2000-ci ilədək əczaçılıqla bağlı fəaliyyətimi davam etdirdim, amma ondan sonra Sosial Strateji Tədqiqatlar Analitik İctimai Birliyinin rəhbərliyinə gəldim və QHT olaraq artıq bu istiqamətdə fəaliyyət göstərdim».
Keçmiş iş adamının Poroşenko ilə növbəti görüşü 2004-cü ildə baş verib. «Bundan sonra mən Pyotr Paraşenko ilə ikinci görüşüm baş tutdu, artıq davamlı olaraq bir neçə dəfə görüşümüz də baş tutmuşdu. Onda mənim təşkilatım populyarlaşmışdı, seçki monitorinqi proseslərinə qoşulmuşduq, O vaxt Avropada təsis olunmuş beynəlxalq müşahidə missiyasının təkibində 3 ay Kiyev şəhərinə ezam olundum. Orada beynəlxalq müşahidə missiyasının Kiyev və Beloserkoviya vilayətləri üzrə qrupuna mən rəhbərlik etdim.
Pyotr Poroşenko isə o vaxt Viktor Yuşenkonun seçki qərargahının rəhbəri idi. Kiyev şəhərində onların bir neçə seçki qərargahları var idi. Mən də müşahidə missiyasının rəhbəri kimi tez-tez həmin qərargahlarda olurdum, proseslə bağlı bizim görüşlərimiz olurdu. İkinci turda Yuşenkonun qələbəsi saxtalaşdırıldı, əlimizdə xeyli protokol vardı, məndə 72 səhifəlik sənəd vardı. Gecə saat 2-nin yarısı olardı, Mərkəzi seççi komissiyasının iclası idi, açıq iclasda səslərin sayılması gedirdi, müşhidə missiyasının rəhbəri kimi orada iştirak edirdim. Bilirdim ki Yuşenko komandası ora gələcək. Hazırladığımız seçki protokollarını təxminən 3-ün yarısında Yuşenko, Paraşenko və Timoşenko seçki komissiyasının olduğu qərargaha daxil olduqları zaman Poronşenkoya şəxsən təqdim etdim. Bizim sənədlərimiz Yanukoviçin səslərinin ləğv edilməsi zaman məhkəmə sübutları kimi əsas material kimi 2004-cü ildə istifadə edildi. 3-cü tur təyin olundu, Yanukoviçin nəticələri ləğv olundu, Yuşenkonun qələbəsini təmin edib vətənə döndük.
Hazırda İlqar Hüseynli Sosial Strateji Tədqiqatlar Analitik İctimai Birliyinin rəhbəri olaraq kiçik və orta sahibkarlıqla bağlı tədqiqatlar aparır. Eləcə də rəhbərlik etdiyi təşkilat Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun beynəlxalq platformasında təmsil olunur.
Pyotr Poroşenko isə məlum olduğu kimi, biznes və siyasi karyerasını davm etdirib.
Belə ki, o müstəqilliyin ilk illərindən İlqar Hüseynlinin qeyd etdiyi şirniyyat sahəsində biznesə başlayıb. Sonradan Ukraynanın ən böyük konditer şirkətlərindən olan «Roşen» korporasiyasının sahibi olub. Poroşenko 2014-cü ildə Ukrayna prezidenti seçilib, 2019-cu ildə isə vəzifəsini tərk edib. Bimznes fəaliyyətini isə indiyədək davam etdirir. 2020-ci ildə o 1,4 milyard dollar kapitalla Ukraynanın 3-cü ən varlı adamı olub. 2021-ci ilin martında isə onun sərvəti 1,6 milyard dollara yüksəlib.