Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko milyarder statusunu itirib.
24 ayda “62 yeni qida milyarderi” - MEYDANA ÇIXIB
FED.az xəbər verir ki, Ukraynanın 20 ən varlı iş adamı reytinqində “Roshen” qənnadı konserninin sahibi Poroşenko 12-ci yerdədir.
Poroşenkonun sərvəti 2022-ci ilin fevral ayında 1,6 milyard dollar ikən 2022-ci ilin dekabrında 730 milyon dollar təşkil edib.
Həmçinin Forbes.ua bildirib ki, 20 ən varlı ukraynalının sərvəti 2022-ci ilin fevralından bəri 20 milyard dollardan çox azalıb. (Marja)