Türkiyədə vergi borcu olanların əmlakı müsadirə olunacaq.
FED.az xəbər verir ki, Türkiyə Gəlir İdarəsi (GİB) vergi borcu olanlar üçün yeni layihəyə - elektron girov (e-girov) tətbiqinə başlayıb. Və ilin sonunadək bu yenilik ölkədəki bütün vergi idarələrinə istifadəyə veriləcək.
Eləcə də bax: Türkiyədə 4 milyon nəfər borcunu qaytara bilmir - «KREDİT AMNİSTİYASI» TƏKLİFİ
Dövlətin vergi borclarının toplanması üçün hazırlanan bu layihə vasitəsilə borcluların müştərisi olduğu banklara da bildiriş göndəriləcək.
Öz növbəsindən banklar vaxtı keçmiş borcu olan müştərilərin hər cür qiymətli kağızlarını, debitor borclarını və hüquqlarını pula çevirməli və vergi idarəsinin hesablarına köçürməlidir.
Müvafiq qurumlara girov haqqında bildiriş göndərmək və borcların sürətli yığılmasını təmin etmək üçün banklar, maliyyə qurumları və texnoloji infrastrukturu olan digər qurumlarla elektron girov aktı protokolları hazırlanır.
Layihə ilk olaraq Kızılbey, Yıldırım Beyazıt və Ulus Vergi Büroslarında pilot layihə olaraq tətbiqinə başlanılıb. Tətbiqin ilin sonuna qədər bütün vergi idarələrində və mal idarələrində tətbiq edilməsi planlaşdırılır.