2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 136 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 48 şirkət azdır.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 151 milyon 240 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 210 milyon 960 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (118) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 92 milyon 410 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 71 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir. (Trend)