2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Azərbaycan kapitalı ilə 72 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20 şirkət azdır.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalı da azalıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 47,4 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 83,5 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (59) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 43,4 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən ki, 2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Azərbaycan kapitalı ilə 35 ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)