Türkiyədə 150-dən çox satış nöqtəsi olan "Hotiç" şirkəti borclarını ödəyə bilməyəcəyini açıqlayıb.
Şirkət Türk Lirəsinin dəyərdən düşməsi və kredit faizlərinin yüksəlməsi nəticəsində iflasın astanasına gəlib.
Şirkətin İcraçı direktoru Alihan Hotiç bildirib ki, qısamüddətli ödəmələrdə çətinlik çəkirlər. Bu səbəbdən konkordat (müflisləşmə razılaşması) elan edilir
"Hotiç" şirkəti ayaqqabı və çantalar istehsal edir.
Eləcə də bax: Azərbaycanda bağlanan şirkətlər – SİYAHI