"Gündəlik 55-60 min sifarişi Türkiyədən Azərbaycana göndəririk".
Erdem İnan: “Azərbaycanda 1,3 milyondan çox adam “Trendyol”da alış-veriş edir"
FED.az xəbər verir ki, bunu "Trendyol Group"un Baş direktoru Erdem İnan bildirib.
O qeyd edib ki, 2023-cü ilin sonunda Azərbaycandan "Trendyol"un aktiv müştərilərinin sayının 1,5 milyona catacağını gözləyirlər:
"Azərbaycan əməliyyatlarımız may ayında başlayıb. May ayından etibarən birbaşa olaraq "Trendyol" platforması üzərindən Azərbaycandakı alıcının ünvanına sifarişləri göndəririk. Başladğımız vaxtdan ötən dövrdə sifarişlərin sayı 4-5 dəfə artıb. Gündəlik 55-60 min sifarişi Türkiyədən Azərbaycana göndəririk". (Marja)