Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən yaxşı platformalarından biri olan “Trendyol”, Bakıda keçirilən ənənəvi “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında iştirak edir.
FED.az xəbər verir ki, “Nargis” Fondunun Novruz bayramı münasibətilə təşkil etdiyi xeyriyyə yarmarkası uşaqlara dəstək məqsədilə müxtəlif şirkət və təşkilatları bir araya gətirir.
Şəhərin mərkəzində yerləşən “Trendyol” stendində tədbirin bayram ab-havasına töhfə verən müxtəlif əyləncələr təşkil olunur. Bundan əlavə, “Trendyol” hər gün öz stendində Bakı sakinləri üçün maraqlı oyunlar və yarışlar keçirir. Bu oyunların və müsabiqələrin qalibləri “Trendyol” platformasından sevimli məhsullarini almaq üçün endirim kuponları əldə edir.
“Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası martın sonuna kimi davam edəcək. “Nargis” Fondu tədbir sponsorlarının maliyyə dəstəyini və burada qurulan evlərin icarə haqqından toplanan vəsaiti müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinə sərf edəcək.
“Trendyol” xidmət göstərdiyini icmalarda müsbət təsir yaratmaq missiyasına sadiq qalır.
Xatırladaq ki, 2010-cu ildə qurulan “Trendyol”, Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən yaxşı e-ticarət platformalarından biridir. Türkiyənin ilk dekakornu olan Trendyol, ölkənin qabaqcıl R&D mərkəzlərindən (Tədqiqat və İnkişaf Mərkəzi) biri olan “Trendyol Tech”; Türkiyənin ən sürətlə inkişaf edən logistika şəbəkəsi “Trendyol Express”; ani ərzaq və yemək çatdırılması xidməti “Trendyol Go” və Türkiyənin ən böyük ikinci əl mal platforması “Dolap” ilə dəyər yaratmağa davam edir.
Trendyol həmçinin trendyol.com/en vasitəsilə Azərbaycan, Almaniya, Bolqarıstan, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Yunanıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn və Omanda və 27 Avropa ölkəsində, topdansatış tərəfdaş platformaları vasitəsilə isə digər 98 ölkədə müştərilərə xidmət göstərir. Trendyol həmçinin yerli istehsalçılara 100-dən çox ölkəyə elektron ixracat imkanı verir.