Azərbaycanda tikinti sahəsi üzrə fəaliyyət göstərən “Atlas ES” MMC 2022-ci ildə öz səhmdarlarına dividend ayırıb.
FED.az bu barədə şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, “Atlas ES” 2022-ci ildə səhmdarlarına 1 milyon 387,9 min manat dividend ayırıb.
Məlumat üçün bildirək ki, şirkət hesabat ilində 8 milyon 543,5 min manatlıq gəlir əldə etsə də, qalan xalis mənfəət 2 milyon 10,2 min manat təşkil etmişdi. 2023-cü ilin 1 yanvarına onun balansındakı bölüşdürülməmiş mənfəətin həcmi isə 9 milyon 937,6 min manatdır.