23 yanvar 2026-cı il saat 9.30-da “Şüşəplastmas” ASC-də “Şüşəplastmas” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda olacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin idarə heyəti sədrinin və üzvlərinin seçilməsi.
2. Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin və sədrinin seçilməsi.
3. Cəmiyyətin təftiş komissiyasının yeni tərkibinin və sədrinin seçilməsi.
4. “Şüşəplastmas” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla (050) 265-48- 87 nömrəli telefonla əlaqə saxlayıb və ya cəmiyyətin ünvanında tanış olmaq mümkündür.











