28 fevral 2020-ci il saat 14.30-da “Yevlax Elektrik Təmir - Tikinti”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1/12 nömrəli ünvanda,” Lara” otelin konfrans zalında keçiriləcəkdir.
Eləcə də bax: Əmlakını icarəyə verib sədrini dəyişəcək - ŞİRKƏTDƏN YENİLİK
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə 2019-cu ilin maliyyə -təsərrüfat fəaliyyətinin yekunlarına dair hesabat, cəmiyyətin əmlakının bir hissəsinin icarəyə verilməsinə dair müqavilənin təsdiqi, təşkilati məsələlər (müşahidə şurasının, idarə heyətinin üzvlərinin və daxili auditin seçilməsi) və digər məsələlər daxildir.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olun-muş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiqləyən sənədlə) iştirakı vacibdir