Rusiyada havaların isti keçməsi ventilyator və kondisioner satışını kəskin artırıb.
FED.az xəbər verir ki, 4-10 iyul arasında «Yandeks market»də ventilyator satışı 6 dəfə. Kondisioner satışı isə 2,7 dəfə artıb.
«Wildberries & Russ» şirkətinin məlumatına görə, sözügedən dövrdə ventilyator satışı əvvəlki illə müqayisədə 70% artıb, kondisionerlərin satışında isə 23% artım var. Şirkətdən bildirilir ki, kondisioner satışı havaların necə keçməsindən daha az asılıdır. Çünki ventilyatorlardan fərqli olaraq kondisionerləri quraşdırmaq tələb olunur, buna görə də onların satışı daha çox planlaşdırılmış olur.