Rusiyanın "Boqatıy ulov" şirkəti Azərbaycanda iki böyük ticarət şəbəkəsinə dəniz məhsullarının tədarükü barədə razılığa gəlib. Bu barədə Rusiya mətbuatı xəbər yayıb.
FED.az xəbər verir ki, İvanovsk vilayətində fəaliyyət göstərən ixracyönümlü şirkətlər Azərbaycana həyata keçirilən biznes-missiyada iştirak edib. Bakıda İvanovsk regionunun məhsullarında maraqlı olan şirkətlərlə B2B formatında danışıqlar aparılıb. İşgüzar səfər "Moy biznes" Mərkəzi tərəfindən təşkil edilmişdi.
Xüsusilə balıq və dəniz məhsullarının emalı ilə məşğul olan "Boqatıy ulov" şirkəti Azərbaycanda iki iri ticarət şəbəkəsi ilə danışıqlar aparıb. "Moy biznes" Mərkəzinin rəhbəri Aleksandra Zinovyevanın sözlərinə görə, görüş uğurlu keçib, tərəflər tədarükün qiymətini razılaşdırır",- məlumatda deyilir.
Eləcə də bax: 12 azərbaycanlı var ki, hər ay oyunlara 500 min dollar xərcləyir
Nümayəndə heyətinin tərkibinə "LesTorq", "Alba-S", "Arteks" müəssisələrinin nümayəndələri daxil olub.
Tibbi geyim və sarğı materialı istehsal edən "Alba-S" və "Arteks" şirkətləri tibbi məmulatların iri tədarükçüsü, eləcə də səhiyyə sahəsi üzrə nümayəndələrlə danışıqlar aparıb. Taxta-şalban istehsalı ilə məşğul olan "LesTorq" şirkətinin məhsulları da Azərbaycan şirkətləri arasında böyük maraq doğurub”, - deyə məlumatda vurğulanır.
©Marja