28 iyun 2024-cü il saat 11.00-da "Zəyəm Texnologiyalar Parkı" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq AZ5730, Şəmkir rayonu, Zəyəm şəhər tipli qəsəbədə, S.Vurğun küçəsi 24 nömrəli ünvanda baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərdaxil edilib:
1. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin 2023-cü iş ili üçün maliyyə hesabatı.
2. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin müfəttiş vəzifəsinə Samir Məhəmməd oğlu Hacıyevin təyin edilməsi.
3. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin Müşahidə Şurasının əsasnaməsinin təsdiq edilməsi.
4. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin aidiyyəti şəxslərlərlə əqdlərin bağlanması barədə ümumi yığıncağının qərarının verilməsi.
Qeyd:
• Səhmdarlar illik ümumi yığıncağın gündəliyinin materialları ilə ümumi yığıncaq zamanı tanış ola bilərlər.
• Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər bir səhmdar ümumi yığıncaqda iştirak hüququnu özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Sonuncu halda nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyənləşdirilmiş formada tərtib olunmuş etibarnamə ilə təsdiq edilməlidir.