12 dekabr 2025-ci il, saat 11.00-da “Bәrәkәt” ATSC-nin sәhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilәcәk.
FED.az xəbər verir ki, yığıncaq Naftalan şәhәri, Ş.Qurbanov küçәsindә yerlәşәn cәmiyyәtin inzibati binasında baş tutacaq.
Gündәlikdәki mәsәlәlәr:
1. Cәmiyyәtin 2024-cü ilin yekunlarına aid maliyyә-tәsәrrüfat fәaliyyәti barәdә hesabatı;
2. Cәmiyyәtin adından “tipli” sözünün çıxarılması və nizamnamәsinin yeni redaksiyada tәsdiqi;
3. Cәmiyyәtin Ümumi yığıncağ, Müşahidә Şurası, İcra orqanı vә Tәftiş komissiyası haqqında Әsasnamәlәrin tәsdiqi;
4. Cәmiyyәtin Müşahidә şurasının, icra orqanının vә tәftiş komissiyasının (müfәttişin) seçilmәsi;
5. Cәmiyyәtin balansında olan istifadәyә yararsız әsas vәsaitlәrin silinmәsi mәsәlәsinin müzakirәsi;
6. Digәr mәsәlәlәr.
Ümumi yığıncağın gündәliyi üzrә materiallarla cәmiyyәtin yerlәşdiyi Naftalan şәhәri, Ş.Qurbanov küçәsindә yerlәşәn cәmiyyәtin inzibati binasında tanış olmaq mümkündür. Ümumi yığıncaqda bütün sәhmdarların şәxsiyyәtini tәsdiq edәn sәnәdlә iştirakı vacibdir.
Әlaqә telefonu: (050) 366-05-06













