2025-ci ilin yanvar-mart ayları ərzində "AzerGold" QSC 59 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "AzerGold" QSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 3-cü yerdə durur.
Həmin göstəricinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,6 milyon dollar və ya 4,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində "AzerGold" MMC 56,4 milyon dollar dəyərində məhsul ixrac edib.