Bu ilin yanvar-avqust aylarında "AzerGold" QSC xaricə 148 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 75 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur.
Ötən ilin yanvar-avqust aylarında "AzerGold" QSC 73 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.