21 fevral 2025-ci ildə saat 11-00 da Ağstafa Sənaye Kombinatı ASC-nin (VÖEN 3600003131) səhmdarlarının növbəti ümumi yığıcağının keçirilməsi nəzərdə tutulub.
FED.az xəbər verir ki, iclas Ağstafadakı Mərkəzi bazada İdarə binasında keçiriləcək.
İclasdakı gündəlik məsələlər,
1. Cəmiyyətin 2024-cü ilin maliyyə təsərrüfat fəaliyyətinə dair idarə heyyətinin hesabatı.
2. Təşkilatı məsələlər (İdarə Heyyətinin müşahidə şurasının, maliyyə təftiş komissiyasının üzvlərinin seçilməsi).
3. Yaranmış vergi borcunun ödənilməsi üçün maliyyə mənbələrinin axtarılması və cəmiyyətin balansında olan mərkəzi bazada yerləşən əmlak kompleksinin satılması.
4. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncaqda şəxsiyyətini təsdiq edən sənədlə və ya onlara verilmiş etibarnamə ilə iştirak edə bilərlər.
İclasda iştirak vacibdir.