"Saloglu Kommersiya" MMC (VÖEN 4201792681) "Saloglu Holding" MMC-yə (VÖEN 4200004741) qoşularaq ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, "Saloglu Holding" MMC (VÖEN 4200004741) "Saloglu Kommersiya" MMC-nin (VÖEN 4201792681) ona qoşularaq ləğv olunması ilə əlaqədar "Saloglu Holding" MMC-nin yenidən təşkil olunduğunu elan edir.
Qeyd edək ki, "Saloglu Kommersiya" MMC 21 aprel 2021-ci ildə dövlət qeydiyyatına alınıb və 891 min 10 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi İslam Mustafayev Tacəddin oğludur. Hüquqi ünvanı Qazax rayonu, Ağköynək , Bakı-Qazax şossesinin sol yanı ünvanıdır.
"Saloglu Kommersiya" MMC 20 aprel 2020-ci ildə dövlət qeydiyyatına alınıb və 18 milyon 970 min 20 manat nizamnamə kapitalına malikdir. Hüquqi ünvanı Qazax rayonu, Ağköynək ünvanıdır.