“Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 10 aprel 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) baş tutacaq.
Yığıncağın gündəliyinə “PAŞA Holding” MMC tərəfindən təşkilati strukturun təkmilləşdirilməsi və idarəetmə standartlarının yüksəldilməsi məqsədilə “Kapital Bank” ASC-nin nizamnamə kapitalında olan paylarının “PAŞA Holding” MMC-nin törəməsi olan “Bir Ekosistem” MMC-yə ötürülməsi məsələsi daxil edilib.
Qeyd edək ki, "Paşa Holding"in "Kapital Bank"dakı paylarının həcmi 16 milyon 593 min 164 ədəd səhm təşkil edir."Kapital Bank"ın nizamnamə kapitalı isə 265 milyon 850 min manat təşkil edir.












