“OBA Market” MMC ilə Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Agentliyi (AQSİA) arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında memorandum imzalanıb.
FED.az xəbər verir ki, sənəd noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı V Forumda qüvvəyə minib.
Memorandum “OBA” marketlər şəbəkəsinin tədbirdəki nümayəndəsi Kamilə Məhərrəmli ilə AQSİA-nın sədri Səkinə Babayeva arasında imzalanıb.
İki qurum arasında əməkdaşlıqda əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sahibkar qadınlara dəstək olmaqdır. Həmçinin, “OBA” marketlər şəbəkəsi təşkilati dəstəyə görə AQSİA tərəfindən təltif olunub.
Tədbir zamanı “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovanın qadınlara müraciətini əks etdirən videoçarx yayımlanıb. Sədr bildirib ki, “OBA Market” MMC-nin əməkdaşlarının 44 faizini qadınlar təşkil edir və şirkət hər zaman qadın əməkdaşlarına və qadın sahibkarlara dəstək verməyə hazırdır.
Forumda kiçik və orta biznesi olan qadın sahibkarların yarmarkası təşkil olunub. “OBA Market” MMC-nin əməkdaşları yarmarka müddətində qadınlar üçün işəqəbul prosesi həyata keçiriblər. Onlarla qadın şirkətlə əməkdaşlıq üçün müraciət edib.
Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1100-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!